www.science.az
15.11.2017 14:45

Coğrafiya İnstitutu Misir Neft Tədqiqatları İnstitutu ilə əməkdaşlıq edəcək

Misir Neft Tədqiqatları İnstitutunun (MNTİ) direktoru, professor Əhməd Məhəmməd Əl-Sabahın rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunda olublar.

Məqsəd iki qurum arasında elm və təhsil sahəsində əməkdaşlıq əlaqələrinin yaradılmasıdır.

İnstitutun direktoru, akademik Ramiz Məmmədovla görüşdə qonaqlara müəssisənin tarixi, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri barədə məlumat verilib, həmçinin okeanologiya sahəsində görülən işlərdən danışılıb.

Sonra Ə.Məhəmməd Əl-Sabah çıxış edərək rəhbəri olduğu institut haqqında məlumat verib. O, Coğrafiya İnstitutu ilə elmi əməkdaşlıq etmək niyyətində olduqlarını diqqətə çatdırıb.

Yekunda iki qurum arasında okeanologiya sahəsində layihə və inkişaf proqramlarının həyata keçirilməsi, o cümlədən doktorantların hazırlanması, akademik və tələbə mübadiləsi haqqında anlaşma memorandumunun hazırlanması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.