Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Üçrəngli bayrağımızın əbədi qayıdış günü” mövzusunda tədbir keçirilib
16.11.2017 14:00
  • A-
  • A
  • A+

“Üçrəngli bayrağımızın əbədi qayıdış günü” mövzusunda tədbir keçirilib

AMEA-nın Naxçıvan Bölməsində “Üçrəngli bayrağımızın əbədi qayıdış günü” mövzusunda tədbir keçirilib. Konfrans 17 Noyabr - Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Gününə həsr olunub.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək 17 noyabr 1990-cı ildə ümummilli lider Hеydər Əliyеvin təşəbbüsü ilə AXC-nin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında müzakirəyə çıxarıldığını bildirib. Qeyd edib ki, 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxıb və 70 ildən sonra  üçrəngli bayrağımız Naxçıvanda dalğalanıb.

Akademik müstəqilliyimizin rəmzi olan bayrağımızın qorunması və mühafizəsi ilə bağlı bir çox qanunların qəbul edildiyini, sərəncamların imzalandığını vurğulayıb. O, sözügedən sənədlərin bayrağımızın təbliği baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Daha sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımovun “Üçrəngli bayrağımızın əbədi qayıdış günü” mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin SəfərliƏlyazmalar Fondunun direktoru, filologiya üzrə fəlsəfə doktoru Fərman Xəlilov çıxış edərək Dövlət Bayrağımızın dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvolu olduğunu vurğulayıblar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: