Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Mərkəzi Elmi Kitabxana Mosul şəhərindəki kitabxanalara 365 adda kitab göndərib
17.11.2017 10:01
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxana Mosul şəhərindəki kitabxanalara 365 adda kitab göndərib

İraq Respublikasının ölkəmizdəki səfirliyinin müraciətinə əsasən AMEA-nın Mərkəzi Elmi Kitabxanası Mosul şəhərindəki kitabxanalara 365 adda kitab göndərib.

Kitablar İraqın Azərbaycandakı səfirliyinin üçüncü katibi xanım Enas Abdul Kadhim Mohammed Al-Khazrajiyə təqdim olunub. Göndərilən kitablar arasında “Azərbaycan dövlətçilik fəlsəfəsi”, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Heydər Əliyev haqqında etüdlər. Heydər Əliyev və Azərbaycan elmi”, “XİX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı ərazi iddiaları”, “Qarabağ: etno-mənəvi inkişaf tarixi”, “Qarabağ əsrlərin salnaməsi”, “Azərbaycanlılara qarşı etnik və soyqırımı siyasətinin mərhələləri”, “Türk-Azərbaycan bədii düşüncəsinin ilkin qaynaqları”, “Türk xalqları ədəbiyyatı”, “XX əsr Azərbaycan poeziyası antologiyası”, “Kitabi-Dədə Qorqudun yasaqlanması” kimi əhəmiyyətli mənbələr var.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: