Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 46-cı kitabı çapdan çıxıb
20.11.2017 09:56
  • A-
  • A
  • A+

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 46-cı kitabı çapdan çıxıb

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 46-cı kitabı çap olunub.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu nəşrdə toplanan materiallar 2011-ci ilin mayından iyul ayınadək olan dövrü əhatə edir.

“Azərnəşr” tərəfindən çap olunan kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTac) materiallarından istifadə olunub.

Əsərdə Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətə, iqtisadi potensialın möhkəmlənməsinə, ordu quruculuğuna, regionların sosial inkişafının təmin olunmasına, cəmiyyətin demokratikləşdirilməsi istiqamətində önəmli nailiyyətlərə və ictimai-siyasi həyatın digər sahələrinə dair nitqləri, çıxışları, tövsiyələri öz əksini tapıb.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: