Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Polimer Materialları İnstitutunda doktorluq imtahanı keçirilib
21.11.2017 12:24
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunda doktorluq imtahanı keçirilib

AMEA-nın Polimer Materialları İnstitutunda “Makromolekullar kimyası” ixtisas fənni üzrə doktorluq imtahanı  keçirilib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 27 oktyabr 2017-ci il  tarixli “Qış imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən institutda “Makromolekullar kimyası” ixtisas fənni üzrə doktorluq imtahanı keçirmək məqsədi ilə imtahan komissiyası  yaradılıb.

Keçirilən imtahanda institutun doktorantı Günel Süleymanova və dissertant Raisə İsmayılova iştirak ediblər.

Komissiyanın imtahan nəticələri barədə məlumatına görə, iştirakçıların hər ikisi əla qiymət alıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: