Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçiriləcək
22.11.2017 14:46
  • A-
  • A
  • A+

“M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçiriləcək

Noyabrın 27-də saat 14:00-da AMEA-nın Əsas binasında “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçiriləcək.

Nəsimi adına Dilçilik İnstitutu tərəfindən təşkil olunacaq tədbirdə “Vaqif poeziyasında “gözəllik” konsepti”, “Vaqif xalq ədəbiyyatı ilə klasik ədəbiyyatın qovşağında”, “Vaqif poeziyasının linqvistik təhlili”, “Azərbaycan estetik dünyagörüşünün formalaşmasında M.P.Vaqif yaradıcılığının rolu” mövzularında məruzələr dinləniləcək.

Ünvan: Bakı şəh., Hüseyn Cavid prospekti, 115. IV mərtəbə, Elektron akt zalı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: