Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Türk Dünyası Elmlər Akademiyaları Assosiasiyasının iclası keçirilib
28.11.2017 14:11
  • A-
  • A
  • A+

Türk Dünyası Elmlər Akademiyaları Assosiasiyasının iclası keçirilib

Qazaxıstanın paytaxtı Astanada Beynəlxalq Türk Akademiyasının (TWESCO) ev sahibliyi ilə Türk Dünyası Elmlər Akademiyaları Assosiasiyasının növbəti iclası keçirilib.

İclasda TWESCO-nun prezidenti, professor Darxan Kıdırali, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Qazaxıstan Milli Elmlər Akademiyasının prezidenti, akademik Murat Jurinov, Türkiyə Elmlər Akademiyası sədrinin müavini Əhməd Yurdusev və Tatarıstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Daniya Zaqidullina iştirak ediblər.

Görüşdə assosiasiyanın gələcək layihələri müzakirə olunub, qurumun fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə müxtəlif təkliflər irəli sürülüb.

Toplantıda, həmçinin 2018-ci ildə Türk Dünyası Milli Elmlər Akademiyaları Assosiasiyasına AMEA-nın sədrlik etməsi qərara alınıb.

Qeyd edək ki, Elmlər Akademiyalarının fəaliyyətlərini əlaqələndirmək, ortaq elmi layihələr həyata keçirmək, birgə çoxcildlik nəşrlər hazırlayıb nəşr etdirmək, ortaq elmi mövqedən çıxış etmək məqsədilə yaradılmış assosiasiyaya 2016-cı ildə Qazaxıstan Elmlər Akademiyası, 2017-ci ildə isə Türkiyə Elmlər Akademiyası sədrlik etmişdir. 

Tədbirin sonunda xüsusi protokol qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: