www.science.az
28.11.2017 14:57

Oleq Kuznetsovun "XX əsrdə transmilli erməni terrorunun tarixi" kitabının təqdimatı olacaq

Noyabrın 30-da  saat 14:00-da  AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda rusiyalı tarixçi Oleq Kuznetsovun "XX  əsrdə  transmilli erməni terrorunun tarixi" adlı kitabının təqdimat mərasimi keçiriləcək.

Tədbir çərçivəsində beynəlxalq terrorizmlə, o cümlədən erməni terrorizmi ilə mübarizə sahəsində elmi tədqiqatlarına, həmçinin separatçıların cinayətkar fəaliyyətlərini beynəlxalq hüquq və milli qanunvericilik kontekstində ifşa etdiyinə görə O.Kuznetsova institutun "Fəxri doktoru" mükafatı təqdim olunacaq.

Ünvan: Bakı şəh., H.Cavid pros.125

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.