www.science.az
28.11.2017 17:19

"Elm və İnnovasiya" proqramının növbəti qonağı akademik Fəxrəddin Qədirov olacaq

Bu gün saat 21:30-da AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq.

Veriliş ölkəmizdə Yer elmləri sahəsində aparılmış tədqiqatlar, bu sahədə əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub. Proqramın qonağı AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirovdur

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.