Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Mərkəzi Elmi Kitabxanaya Özbəkistanın tarixini, müasir dövlət quruculuğunu əks etdirən kitablar hədiyyə olunub
29.11.2017 09:48
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanaya Özbəkistanın tarixini, müasir dövlət quruculuğunu əks etdirən kitablar hədiyyə olunub

Özbəkistanın Azərbaycandakı səfirliyi AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) bu ölkənin tarixini, mədəniyyətini, müasir dövlət quruculuğunu əks etdirən kitablar hədiyyə edib.

Kitablar MEK-in Akademiklər  zalında yerləşən Diplomatik fondunda Özbəkistan üçün ayrılmış xüsusi guşədə yerləşdirilib.

Nəşrləri kitabxanaya Özbəkistan səfirliyinin müşaviri Muxammad Botraliyev, səfirliyin əməkdaşları Baxodir Musaxocayev və Oybek Akramov təqdim ediblər.

Akademiklər zalında keçirilən görüşdə MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova rəhbərlik etdiyi qurumda Özbəkistana aid bölmənin yaradılmasından və qardaş ölkə ilə təməli qoyulan yeni əməkdaşlıqdan  məmnunluğunu ifadə edib. O, hədiyyə olunan kitabların qısa müddətdə MEK-in elektron kataloquna yerləşdiriləcəyini söyləyib.

Özbəkistan səfirliyinin müşaviri Muxammad Botraliyev isə çıxışında ölkələr arasında elmi-mədəni əlaqələrin, xüsusilə ədəbiyyat mübadiləsinin əhəmiyyətindən danışıb.

Sonda qonaqlar MEK-in fondlarını, oxu zallarını gəzib, kitabxananın iş fəaliyyəti ilə yaxından tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: