Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.11.2017 14:32
  • A-
  • A
  • A+

AMEA-nın Botanika İnstitutu Qazaxıstan Respublikası ilə elmi əlaqələrini genişləndirir

AMEA-nın Botanika İnstitutu Qazaxıstan Respublikası ilə elmi əlaqələrini genişləndirir

AMEA Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini, b.ü.e.d. Eldar Novruzov Qazaxıstan Respublikasında elmi ezamiyyətdə olub.

Səfər Qazaxıstanın Karaqanda şəhərində yerləşən “Fitokimya” Beynəlxalq Elmi-İstehsalat Holdinqi ilə AMEA-nın Botanika İnstitutu arasında cari ildə imzalanmış əməkdaşlıq sazişi çərçivəsində baş tutub.

Səfərin məqsədi holdinqin fəaliyyəti ilə yaxından tanış olmaq, gələcəkdə aparılacaq birgə işlərin planını müzakirə etmək, Azərbaycanın bitki ehtiyatlarının öyrənilməsində alınan nəticələrin perspektivliyini göstərmək və onların tədbiqini müəyyənləşdirmək olub.

Holdinqin rəhbəri, akademik Serqazı Mınjasaroviç Adekenovun və kollektivin iştirakı ilə keçirilən görüşdə E.Novruzov “Azərbaycanın bitki ehtiyatları, onların perspektivliyi və problemləri” mövzusunda məruzə ilə çıxış edib. Alim, həmçinin holdinqdə kimyəvi, bioloji və farmokoloji sahələr üzrə tədqiqatların aparıldığı müasir laboratoriyalarla yaxından tanış olub.

E.Novruzov Fenol birləşmələrin kimyası və Analitik-kontrol işlər və fiziki tədqiqat metodları laboratoriyalarında fiziki-kimyəvi, xromatoqrafik və spektroskopik metodlardan istifadə edərək təcrübə aparıb və bitki obyektlərinin polifenol birləşmələrinin tərkibini müəyyən edib.

Qeyd edək ki, “Fitokimya” Beynəlxalq Elmi-İstehsalat Holdinqi dünya standartları səviyyəsində 11 müasir laboratoriyadan və əczaçılıq zavodundan ibarət kimyəvi, fitokimyəvi, farmokoloji tədqiqatlar aparan və alınmış nəticələrin təcrübədə tətbiqini reallaşdıran müəssisədir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: