Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Görkəmli bəstəkar Emin Sabitoğlunun 80 illiyi qeyd edilib
04.12.2017 10:19
  • A-
  • A
  • A+

Görkəmli bəstəkar Emin Sabitoğlunun 80 illiyi qeyd edilib

Dekabrın 1-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlunun 80 illiyinə həsr olunan tədbir keçirilib.

Prezident İlham Əliyevin Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən reallaşan tədbirdə respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Gecədə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə çıxış edərək görkəmli bəstəkarın həyat və yaradıcılığından danışıb. Bildirib ki, 600-dən artıq mahnının müəllifi olan bəstəkar 9 musiqili komediya və 40-dək filmə musiqi bəstələyib. “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir”, “Bu dənizin gözü yaşlı sənsiz” və digər onlarla mahnısı dinləyicilərinin qəlbini ram edərək böyük sevgi qazanıb.

E.Sabitoğlunun milli kinolarımızın bəzəyi olan bəstələrindən söz açan Firəngiz Əlizadə deyib ki, onun kino yaradıcılığı 1962-ci ildə çəkilmiş “Dağlarda zavod” sənədli filmi ilə başlanır. Sonra “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Ad günü”, “İstintaq”, “Od içində”, “Ad günü”, “Qanlı zəmi”, “Bəyin oğurlanması”, “Təhminə”, “Həm ziyarət, həm ticarət” və digər filmlərə bəstələdiyi mahnılar onu xalqının yaddaşında əbədi olaraq heykəlləşdirib.

Bəstəkarın sənətinə böyük məhəbbətlə vurğunluğundan söz açan F.Əlizadə onun yaratdığı mükəmməl musiqi incilərinin bu sevgidən qaynaqlandığını söyləyib.

Tədbir konsert proqramı ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: