Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Tofiq Hacıyevin ikicildlik “Seçilmiş əsərləri” çap olunub
04.12.2017 16:05
  • A-
  • A
  • A+

Akademik Tofiq Hacıyevin ikicildlik “Seçilmiş əsərləri” çap olunub

Azərbaycanın görkəmli dilçi-alimi, Əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin ikicildlik “Seçilmiş əsərləri” çap olunub.

“Elm” nəşriyyatında çap olunan kitabın redaktoru dosent Qızılgül Abdullayeva, rəyçiləri - professor Məhərrəm Məmmədli və Eldar Piriyev,  f.ü.e.d. Sərdar Zeynal, f.ü.f.d. Sevda Sadıqova və Afaq Məmmədovadır.

Nəşrin birinci cildində Azərbaycan ədəbi dilinin tarixi dövrlər üzrə təhlil olunur. Dövrlərin müəyyənləşdirilməsində dilxarici hadisələr də nəzərə  alınmaqla, dildaxili faktlara, üslubların yaranma və inkişafına, normanın tarixi təkamülünə xüsusi diqqət yetirilir.

Əsərin ikinci cildi T.Hacıyevin Türkologiya sahəsindəki irihəcmli araşdırmalarını özündə cəmləşdirir. Kitaba “Orxon dastanlarının şeir sənətkarlığı”, Mikayıl Baştunun “Şan qızı dastanı”, Cəmaləddin İbn Mühənnanın “Hilyətül-insan və həlbətül-lisan” əsərləri haqqındakı yazılar, habelə müəllifin ən son monoqrafiyalarından olan “Türklər üçün ortaq ünsiyyət dili” daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: