Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Şamaxı Astrofizika Rəsədxanasında “Sorin ulduzları” sənədli filminin təqdimatı keçirilib
11.12.2017 17:30
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasında “Sorin ulduzları” sənədli filminin təqdimatı keçirilib

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Sorin ulduzları” sənədli filminin təqdimatı keçirilib.

Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) yaradıcı qrupu tərəfindən hazırlanan film Y.Qaqarin adına Pionerlər Sarayının nəzdində fəaliyyət göstərmiş astronomiya dərnəyinin rəhbəri Sergey Sorinin həyat və fəaliyyətinə həsr olunub.

Tədbirdə “Rossotrudniçestvo” Agentliyinin Azərbaycan üzrə rəhbəri Valentin Denisov, filmin ideya müəllifi RİMM-in əməkdaşı Dimitriy Panamaryov, Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı, fizika-riyaziyyat üzrə elmlər doktoru Sabir Məmmədov, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Dimitriy Şestopalov çıxış edərək S.Sorinin astronomiya elminin inkişafına böyük töhfələr verdiyini söyləyiblər. Çıxış edənlər Sorinin pedaqoji fəaliyyətindən bəhs edib, onun Şamaxı Astrofizika Rəsədxanasının layihəsinin tərtibatında yaxından iştirak etdiyini bildiriblər. Qeyd olunub ki, tanınmış astronom akademik Hacıbəy Soltanov və V.Kratomla birlikdə bütün Azərbaycanı səyahət etdikdən sonra rəsədxananın tikilməsi üçün Pirqulu ərazisini məqsədəuyğun  hesab edib.

Sonda “Sorin ulduzları” sənədli filmi nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: