Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.12.2017 15:00
  • A-
  • A
  • A+

Müasir Azərbaycan elmində ən gənc elmlər doktoru

Müasir Azərbaycan elmində ən gənc elmlər doktoru

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş texnoloqu, 1984-cü il təvəllüdlü İsmayıl İsmayılov cari il dekabrın 1-də kimya üzrə elmlər doktoru diplomunu alıb.

Onun elmi rəhbərləri - institutun direktoru, akademik Vaqif Abbasov və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Yelena Nikolayevna Yefremenkodur.

Qeyd edək ki, İsmayıl İsmayılov Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının qalibi olaraq M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinə imtahansız qəbul olub, 2006-cı ildə oranı müvəffəqiyyətlə bitirib.

2011-ci ildə müdafiə edərək kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. O, ümumilikdə 82 elmi əsərin, o cümlədən 1 patentin və 1 monoqrafiyanın müəllifidir. Onun 40-dan çox elmi əsəri dünyanın nüfuzlu jurnallarında çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: