Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimlər Brüsseldə keçirilən tədbirdə iştirak ediblər
20.12.2017 10:20
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər Brüsseldə keçirilən tədbirdə iştirak ediblər

Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Komissiyasının elm, texnologiya və innovasiyalar sahəsində əməkdaşlıq üzrə “Şərq Tərəfdaşlığı (EaP)” proqramı çərçivəsində “EaP” elm və innovasiya üzrə panel iclası keçirilib.

Tədbirdə ölkəmizi AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev təmsil edib.

İclas zamanı Azərbaycanda elm, texnologiya və innovasiyalar sahəsində cari vəziyyət qısa şəkildə şərh edilib, Azərbaycanın müxtəlif qurumlarının (EİF, AMEA və digər) “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində daha geniş şəkildə elmi əməkdaşlığa hazır olduğu vurğulanıb.

Panel iclasda, həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin "Horizon 2020" proqramında iştirakı, problemlər və perspektiv imkanları müzakirə edilib. Bundan əlavə, "SPİRE", "Marie Sklodovska-Curie", "COST", "Smart Specialization" və s. proqramlar üzrə görülmüş işlər və növbəti illər üçün yeni çağırışlara dair fikir mübadiləsi aparılıb.

Yekunda bu proqramlardan istifadə imkanlarının genişləndirilməsi məqsədilə "EU4Innovation" üzrə Şərq Tərəfdaşlığı ölkələrinin milli əlaqələndirici şəxslərindən ibarət Mərkəzi İşçi Qrupunun yaradılması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: