Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İnnovasiya Müsabiqəsinin hər il təşkilinə dair anlaşma memorandumu imzalanıb
21.12.2017 14:56
  • A-
  • A
  • A+

İnnovasiya Müsabiqəsinin hər il təşkilinə dair anlaşma memorandumu imzalanıb

Dekabrın 21-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və AMEA arasında anlaşma memorandumu imzalanıb.

Sənədi İqtisadiyyat naziri Şahin Mustafayev, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və AMEA-nın prezidenti, akademik Akif Əlizadə imzalayıblar.

Memorandumun imzalanmasında məqsəd Azərbaycanda innovasiya sahəsində fəaliyyətin davamlılığının təmin edilməsi, ideya və layihələrin toplanılması, qiymətləndirilməsi və mükafatlandırılması məqsədilə keçirilən İnnovasiya Müsabiqəsinin hər il təşkilinə dair birgə tədbirlərin əlaqələndirilməsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: