Dekabrın 22-də AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə Türkiyənin İslam, Tarix, Sənət və Mədəniyyət Araşdırmaları Mərkəzi (İTSMAM) arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Sənədi Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva və İTSMAM-ın direktoru Halit Eren imzalayıblar.
Memorandumda tədbirlərin təşkilində qarşılıqlı dəstək, tədris proqramlarının reallaşdırılması, təcrübə, mütəxəssis və mənbələrin mübadiləsi, müştərək nəşr və bu kimi elmi fəaliyyət işləri nəzərdə tutulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.