Bakı Mühəndislik Universitetində keçirilən III Qış Elm Festivalında AMEA Aşqarlar Kimyası İnstitutunun (AKİ) gənc alim və mütəxəssisləri növbəti uğura imza atıblar.
Belə ki, institututun əməkdaşları - Könül Qəhrəmanova, Gülşən Nəsibova və Aytac Rəfizadənin "Nefti yeyən mikroorqanizmlər bizim dostumuz yoxsa düşmənimiz?" layihəsi kimya nominasiyası üzrə I yerə layiq görülüb. Sözügedən layihə, həmçinin "Festivalın ən yaxşı layihəsi" nominasiyası üzrə III yeri tutub.
Bundan əlavə, AKİ-nin digər əməkdaşları - Səbiyə Osmanova və Günay İsmayılovanın "Asetofenonun törəmələrinin yeni amidlərinin sintezi və tədqiqi" layihəsi kimya nominasiyası üzrə II yerə layiq görülüb.
Gənclər müsabiqənin diplom və sertifikatları ilə təltif ediliblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.