Dekabrın 29-da saat 10:00-da AMEA-nın Əsas binasında görkəmli tarixçi alim, Dövlət Mükafatı laureatı, “Şöhrət” və “İstiqlal” ordenli, akademik Cəmil Quliyevin 90 illiyinə həsr olunan tədbir keçiriləcək.
Yubiley yığıncağının təşkilatçıları AMEA Rəyasət Heyəti və A.A.Bakıxanov adına Tarix İnstitutudur.
Tədbirdə C.Quliyevin zəngin elmi yaradıcılığından söhbət açılacaq, onun ölkəmizdə tarix elminin inkişafına verdiyi töhfələrdən danışılacaq.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 115.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.