Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Gəncədə açıq səma altında Arxeologiya Muzeyi yaradılacaq
04.01.2018 09:28
  • A-
  • A
  • A+

Gəncədə açıq səma altında Arxeologiya Muzeyi yaradılacaq

Gəncədə Heydər Əliyev Park Kompleksindəki ərazidə aşkarlanan və son tunc dövrünə aid, yaşı təxminən 3300 il olan kurqanların üzərində açıq səma altında Arxeologiya Muzeyi yaradılacaq.

AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev bildirib ki, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları 2015-ci ildən başlayaraq kompleksin ərazisində tədqiqatlar aparıblar. İlkin tədqiqatlar nəticəsində şəhər ərazisində 62 kurqan qeydə alınıb və onlardan dördü ötən il elmi tədqiqata cəlb edilib.

Alimin sözlərinə görə, kurqanlardan insan skeleti və çoxlu maddi-mədəniyyət nümunələri aşkarlanıb.

Akademik hazırda kompleksdə qazıntı işlərinin davam etdiyini və tədqiqatların sonunda muzeyin yaradılmasına başlanacağını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: