Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi  və etnoqrafik atlas”ı üç dildə nəşr olunub
05.01.2018 07:50
  • A-
  • A
  • A+

“Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”ı üç dildə nəşr olunub

AMEA-nın Naxçıvan Bölməsi tərəfindən “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”ı çap olunub.

Nəşr Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Bilik Fondunun Tədbirlər Planına əsasən hazırlanıb.

Atlasın müəllifləri - akademik İsmayıl Hacıyev (məsul redaktor), AMEA-nın müxbir üzvləri - Hacıfəxrəddin Səfərli, Əbülfəz Quliyev, Qadir Qədirzadə, Vəli Baxşəliyev, tərtibçiləri, filologiya üzrə fəlsəfə doktorları - Firudin Rzayev, Asəf Orucov, Əkrəm Hüseynzadə, Rəşad Zülfüqarov, Nazim Bababəyli, Cəfər Əliyev və Fəxrəddin Eylazovdur.

Azərbaycan, ingilis və rus dillərində 460 səhifədən ibarət olan atlasa 51 tarixi-coğrafi söz, 239 ifadə və deyimi özündə əks etdirən xəritələr daxil edilib.

Fundamental nəşrdə Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanlarının Naxçıvanla bağlılığı sistemli olaraq araşdırılıb. Atlas üzərində iş aparılarkən daha çox etnoqrafik məsələlərə diqqət yetirilib. Belə ki, oğuzların təsərrüfat həyatı, maddi mədəniyyəti və bunların Naxçıvanda izləri, dastanda işlədilən geyim və bəzək adları, Dədə Qorqud oğuzlarının yemək və içki növləri, dastanda adı çəkilən sənətlər və xalq nəqliyyat vasitələri, əkinçilik və maldarlıq sahələri, idarəçilik sistemi, ailənin idarə olunması, dini inanclar öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: