Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Elm və təhsilin inteqrasiyası AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindəndir
05.01.2018 15:51
  • A-
  • A
  • A+

Elm və təhsilin inteqrasiyası AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindəndir

Bakı şəhəri Binəqədi rayonu 246 saylı məktəb-liseyin müəllim və şagird heyəti AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda olub.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanovla görüşdə qonaqlara müəssisənin tarixi, fəaliyyət istiqamətləri, aparılan tədqiqatlar və əldə olunan nailiyyətlər barədə məlumat verilib.

Elm və təhsilin inteqrasiyası çərçivəsində baş tutan görüşdə M.Mərdanov məktəblilərə almaniyalı riyaziyyatçı Karl Qaussun və isveçrəli riyaziyyatçı Leonard Eylerin tədqiqatlarından danışıb, onları maraqlandıran sualları cavablandırıb.

Sonda şagirdlər institutun laboratoriyaları ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: