Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Naxçıvan Muxtar Respublikasında içməli, mineral və suvarma suları tədqiq olunur
08.01.2018 15:11
  • A-
  • A
  • A+

Naxçıvan Muxtar Respublikasında içməli, mineral və suvarma suları tədqiq olunur

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının əməkdaşları Naxçıvan Muxtar Respublikasının coğrafi baxımdan fərqli hissələrində yerləşən su mənbələrinin - içməli, mineral və suvarma sularının yararlılığı və onların səmərəli istifadəsi ilə bağlı elmi-tədqiqat işləri aparırlar.

Ötən il laboratoriyada Babək rayonu ərazisindən (Qahab kənd kəhriz və artezian, Vayxır kənd bulağı və Vayxır su anbarı, Çalxanqala Urfan bulağı və s.) götürülən su nümunələrinin kimyəvi tərkibləri, minerallaşma dərəcələri, codluqları, pH və quru qalıqları  öyrənilib.

Analizlərdə suların əsas komponentləri olan natrium və kalium ionlarının, maqnezium, xlorid, hidrokarbonat və sulfatın, bir neçə suda isə nitrat-ionlarının miqdarı müəyyən edilib. Bulqan kanal suyunun və Çeşməbasar kollektorunun suvarmaya yararlılığı Steblerin suvarma əmsalı ilə dəyərləndirilib və müsbət nəticə əldə olunub.

Qəbul edilmiş beynəlxalq standartlara əsasən, suların tərkibi Kurlov formulu ilə tətbiq edilib. 

Babək rayonu üzrə öyrənilən su nümunələrinin fiziki-kimyəvi xüsusiyyətlərinin müqayisəli analizi nəticəsində isə hündürlükdən asılı olaraq sulardakı mineral komponentlərin miqdarları arasında korrelyasiya aşkarlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: