5-8 yanvar 2018-ci il tarixlərində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda magistr pilləsində təhsil alan I kurs tələbələr üçün “Qeyri-xətti analiz” və “Harmonik analiz” fənnlərindən, II kurs tələbələri üçün isə “Diferensial operatorların spektral nəzəriyyəsi” fənnindən imtahanlar keçirilib.
Keçirilmiş hər üç imtahan uğurla başa çatıb.
Qeyd edək ki, növbəti imtahanlar 12, 17, 22, 26 və 29 yanvar tarixlərində keçiriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.