Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü seçilib
07.04.2014 00:00
  • A-
  • A
  • A+

AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü seçilib

AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycan Mühəndislik Akademiyasının (AMA) həqiqi üzvü seçilib. Bu barədə qərar AMA-nın Rəyasət Heyətinin iclasında qəbul olunub, akademiyanın prezidenti, akademik Arif Paşayev tərəfindən rəsmi diplom imzalanıb.

Akademik Akif Əlizadə bu ada geologiya sahəsində mühüm nəzəri və tətbiqi elmi nəticələri, həmçinin uğurlu elmi-təşkilati fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, 2005-ci ildə fəaliyyətə başlamış AMA hazırda Milli Aviasiya Akademiyasında yerləşir, texniki elmlər sahəsində fəaliyyət göstərir və peşəkar alimləri özündə cəmləşdirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: