AMEA-nın İqtisadiyyat İnstitutunun Sənaye siyasəti və investisiya problemləri şöbəsinin baş elmi işçisi, iqtisad elmləri doktoru, professor Rauf Cəbiyev Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) müxbir üzvü seçilib.
Alim RTEA-nın həqiqi və müxbir üzvləri arasında aparılmış sorğunun nəticələrinə əsasən, xaricdə nəşr olunmuş sanballı elmi tədqiqatlarına görə bu ada layiq görülüb. R.Cəbiyevə RTEA-nın müvafiq diplomu təqdim olunub.
Qeyd edək ki, azərbaycanlı alim iqtisadiyyatın müxtəlif sahələrinə dair 380-nə yaxın elmi əsərin müəllifidir. Onun beynəlxalq reytinqli xarici jurnallarda 100-dən çox elmi məqaləsi dərc edilib. Bundan əlavə, professor R.Cəbiyev iqtisad elminin inkişafına verdiyi töhfələrə görə RTEA tərəfindən “Əməkdar elm və təhsil xadimi” fəxri adına da layiq görülüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.