Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Magistraturaya qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək
18.01.2018 11:01
  • A-
  • A
  • A+

Magistraturaya qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 4-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək.

İmtahan Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər yanvarın 18-i saat 10:00-dan yanvarın 31-i saat 10:00-dək mərkəzin internet saytında qeydiyyatdan keçməklə imtahana yazıla bilərlər.

İmtahanda iştirak etmək istəyənlər DİM-in İnternet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Namizədlər imtahana yazılmaq üçün “Şəxsi kabinet”in “Hesab” bölməsində “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı” > “Sınaq imtahanının növü” > “Magistratura səviyyəsi üzrə sınaq imtahanı” ardıcıllığı vasitəsilə ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq/mag səhifəsində “Yeni istifadəçi” kimi qeydiyyatdan keçib imtahan binasını seçməlidirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: