Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Əfşarlar dövrünə aid kitabın surəti əldə edilib
19.01.2018 13:09
  • A-
  • A
  • A+

Əfşarlar dövrünə aid kitabın surəti əldə edilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Əbdürrəhim Şirvaninin Tehranın Məclis kitabxanasında saxlanan Əfşarlar dövrünə aid türk dilinin leksika və qrammatikasından bəhs edən “Kitabi-məzhər əttürki” əsərinin surətini əldə edib.

Müqəddimə, 4 fəsil və nəticədən ibarət olan bu kitabda Azərbaycan, Osmanlı, özbək dillərinin xüsusiyyətləri araşdırlır, farsdilli əhaliyə bu dillər barədə məlumat verilir. Müəllif ayrı-ayrı sözlərin mənasını, leksik, morfoloji xüsusiyyətlərini izah edərkən Nəvai, Füzuli və başqa şairlərin əsərlərindən nümunə kimi istifadə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: