Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-da fiziki imkanları məhdud şəxslərin hüquqları ilə bağlı tədbir keçiriləcək
24.01.2018 13:56
  • A-
  • A
  • A+

AMEA-da fiziki imkanları məhdud şəxslərin hüquqları ilə bağlı tədbir keçiriləcək

25 yanvar 2018-ci il tarixində saat 12:00-da AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda “Fiziki imkanları məhdud olan şəxslərin hüquqları” adlı kafedranın açılışı ilə əlaqədar dəyirmi masa keçiriləcək.

Tədbirdə Milli Məclisin deputatları, Azərbaycanın müvafiq nazirlik və komitələrinin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, Paraolimpiya komitəsinin rəsmiləri, “Loqos” tibb mərkəzinin əməkdaşları, alimlər və KİV nümayəndələri iştirak edəcək.

Ünvan: Bakı şəh., H.Cavid pr., 125.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: