Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Türkiyə səfiri Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyası ilə tanış olub
26.01.2018 09:06
  • A-
  • A
  • A+

Türkiyə səfiri Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyası ilə tanış olub

Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olub.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonağa bu mədəniyyət ocağının tarixi, fəaliyyət istiqamətləri, Türkiyə ilə elmi-mədəni əlaqələri barədə məlumat verilib.

Sonra səfir muzeyin nəşrləri – kataloqları, bukletləri ilə tanış olub. Erkan Özoral Qafqaz İslam Ordusunun tarixi ilə xüsusi maraqlandığını bildirib.

Görüşdə 2018-ci ildə Qafqaz İslam Ordusunun və 2020-ci ildə Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyi ilə əlaqədar birgə simpoziumun təşkili məsələləri müzakirə olunub.

Daha sonra diplomat muzeyin ekspozisiya zalları, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti bölməsi və Qafqaz İslam Ordusunun xəritəsi ilə yaxından tanış olub.

Sonda səfirə Hacı Zeynalabdin Tağıyevin foto-albomunu hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: