1904-1918-ci illərdə Bakı qazısı olmuş Mir Məhəmməd Kərim əl-Bakuvinin 1904-1906-cı illərdə Tiflisdə nəşr olunmuş 3 cildlik “Kəşfül-həqayiq” (Həqiqətlərin kəşfi) əsəri işıq üzü görüb. Yeni kitab AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Əli Fərhadovun transliterasiyası və müasir Azərbaycan dilinə uyğunlaşdırması əsasında çapa hazırlanıb.
İpəkyolu nəşriyyatı, Şərq-Qərb mətbəəsi tərəfindən çapı həyata keçirilən bu əsər Quranın Azərbaycan dilində nəşr olunmuş ilk təfsiridir.
Nəşrin baş məsləhətçisi Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A.Paşazadə, redaktorları - Qafqaz Müsəlmanları İdarəsinin sədrinin I müavini Hacı Salman Musayev, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Hacı Fuad Nurullah, Əhməd Niyazov və Siracəddin Hacıdır.
Kitab nəşrə t.ü.f.d. Abbas Qurbanov tərəfindən hazırlanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.