Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Tehran kitabxanasından Səfəvilər dövründə yaşamış Azərbaycan şairinin külliyatının surəti əldə edilib
02.02.2018 14:32
  • A-
  • A
  • A+

Tehran kitabxanasından Səfəvilər dövründə yaşamış Azərbaycan şairinin külliyatının surəti əldə edilib

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclis kitabxanasından Səfəvilər dövründə yaşamış təbrizli Azərbaycan şairi Heydərinin farsca əsərlər külliyatının surətini əldə edib. Buraya şairin divanı, müxtəlif münasibətlərlə yazdığı şeirlər və qəsidələr daxil edilib.

294 səhifədən ibarət əlyazmada 1572-ci il tarixi qeyd olunub. Təzkirələr göstərir ki, Heydəri gözəl şeirlər müəllifi olub, Məkkə və Mədinəni ziyarət edib, üç dəfə Hindistana gedib. Üçüncü Böyük Moğol imperatoru, əlli il hakimiyyətdə olmuş Cəlaləddin Məhəmməd Əkbər şaha (1556-1605) həsr etdiyi qəsidəyə görə yüksək məbləğdə - on min rupi mükafat, xalat və bir at alıb. Heydərinin surəti əldə edilən külliyatında Əkbər şaha həsr edilmiş həmin qəsidə vardır. Şair XVI əsrin sonlarında vəfat edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: