Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.02.2018 16:04
  • A-
  • A
  • A+

Ölkəmizdə gənc alimlərin inkişafına xüsusi diqqət göstərilir

Ölkəmizdə gənc alimlərin inkişafına xüsusi diqqət göstərilir

AMEA-nın Elm Tarixi İnstitutunda 2 Fevral - Gənclər Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə bu müəssisənin elmi işlər üzrə direktor müavini, i.ü.f.d. Səbinə Nemətzadə Gənclər Gününün yaranmasından danışıb. Qeyd edib ki, 1996-cı il fevralın 2-də ümummilli lider Heydər Əliyevin dəstəyi ilə gənclərin birinci forumu keçirilib, bu forum ölkəmizdə gənclər hərəkatının vüsət almasına təkan verib. Həmin günün əhəmiyyəti nəzərə alınaraq 2 fevral tarixi gənclər günü kimi qeyd olunmağa başlayıb.

İnstitutda gənclərin üstünlük təşkil etdiyini deyən S.Nemətzadə bilirib ki, Azərbaycan elminin gələcək inkişafı gənc kadrların potensialından aslıdır. Alim əlamətdar gün münasibətilə institutun gənclərini təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək akademiya gənclərinin ölkəmizin elmi və ictimai-siyasi həyatındakı rolundan danışıb.

Tədbirdə institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Röya Mirzəbəyova, Həmkarlar Təşkilatının sədri Aysel Bədəlova və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavidan Qasımlı çıxış edərək ölkə başçısı tərəfindən uğurla həyata keçirilən dinamik inkişafın davamlılığını təmin etmək üçün üzərlərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməyə çalışdıqlarını bildiriblər.

Sonda Gənclər Günü ilə bağlı qısametrajlı film nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: