Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Azərbaycanlı alimlər Əlişir Nəvainin həyat və yaradıcılığına həsr olunan konfransda iştirak ediblər
07.02.2018 16:43
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər Əlişir Nəvainin həyat və yaradıcılığına həsr olunan konfransda iştirak ediblər

Özbəkistanın Nəvai şəhərində böyük özbək şairi Əlişir Nəvainin həyat və yaradıcılığı ilə əlaqədar “Əlişir Nəvai irsi və ümumbəşəri mənəvi dəyərlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Hindistan, Əfqanıstan, Pakistan və digər ölkələrin nəvaişünas alimləri iştirak edib.

Konfransda AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “Nəvai və klassik Azərbaycan ədəbiyyatı”, həmin institutun əməkdaşı Elçin İbrahimov “Əlişir Nəvai və türk dünyası”, Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Binnətova “Baburnamə”də Nəvai portreti”, filologiya üzrə fəlsəfə doktoru Könül Rəhimova “Nəvai irsinin Kişvəri yaradıcılığına təsiri” və Bakı Dövlət Universitetinin professoru Ramiz Əsgər “Nəvainin Azərbaycanda öyrənilməsi, nəşri və tədrisi məsələləri” mövzularında məruzə ilə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: