www.science.az
09.02.2018 10:27

Milli Azərbaycan Tarixi Muzeyində AXC dövrünə aid bayraq ucluğu mühafizə edilir

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunda Qafqaz İslam Ordusunun hərbi hissələrinə aid müxtəlif materiallar qorunub saxlanılır. Bunların içərisində 1918-ci ildə Bakını azad etmiş Qafqaz İslam Ordusuna məxsus bayraq ucluğu xüsusi yer tutur.

Cümhuriyyət dövrünün tarixi əhəmiyyətli eksponatını muzeyə AMEA-nın müxbir üzvü, mərhum numizmat və arxeoloq Y.A.Paxomov təqdim etmişdir.

Qeyd edək ki, hazırda muzeydə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə bu dövrün materiallarından ibarət kataloq da nəşrə hazırlanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.