Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimin malaziyalı həmkarları ilə birgə hazırladığı məqalə “Elsevier” nəşriyyatında dərc olunan jurnalda çap olunub
13.02.2018 11:03
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin malaziyalı həmkarları ilə birgə hazırladığı məqalə “Elsevier” nəşriyyatında dərc olunan jurnalda çap olunub

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin Malayziya Texnologiya Universitetinin Big Data Mərkəzinin direktoru, professor Siti Mariyam Shamsuddin və həmin mərkəzin elmi işçisi, fəlsəfə doktoru Asad Abdi ilə birgə hazırladığı məqalə “Elsevier” nəşriyyatında dərc olunan “Information Processing & Management” jurnalında çap olunub.

Mətnlərin avtomatik referatlaşdırılması probleminə həsr olunan məqalədə sorğu əsasında mətnlərin avtomatik referatlaşdırılması üçün yeni metod təklif edilib. Bu metod sentiment analiz yaxınlaşmasından istifadə etməklə sənədlər çoxluğunda ifadə olunan rəyləri sorğu əsasında avtomatik referatlaşdırmağa imkan verir. Burada sentiment analiz yanaşması mətndəki fikirlərin müsbət, mənfi və neytral çalarlarını avtomatik aşkarlamaq üçün istifadə olunub. Mətndən çıxarılmış fikirlərlə istifadəçi sorğuları arasındakı uyğunluğu müəyyən etmək üçün “acğöz” alqoritm və sorğu genişləndirilməsi yanaşmasından istifadə olunub. Eksperimental nəticələr göstərir ki, digər mövcud metodlarla müqayisədə QMOS metodu yüksək dəqiqlik nümayiş etdirir.

Qeyd edək ki, “Information Processing & Management” jurnalının impakt faktoru 2.391-dir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: