Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimin məqaləsi İtaliyanın impakt faktorlu jurnalında dərc edilib
15.02.2018 13:37
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin məqaləsi İtaliyanın impakt faktorlu jurnalında dərc edilib

AMEA-nın İqtisadiyyat İnstitutunun Maliyyə pul-kredit siyasəti şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Sulduz Səlimovun elmi məqaləsi İtaliyanın “European Journal of Sustanable Development” impakt faktorlu jurnalında çap olunub.

“Azərbaycan Respublikasının davamlı inkişafı üzrə enerji göstəricilərinin iqtisadi aspektləri” adlı məqalədə BMT-nin metodologiyası əsasında ölkəmizin davamlı inkişafı üçün ən vacib enerji göstəricilərinin iqtisadi aspektləri ətraflı araşdırılıb.

Müəllif qeyd edir ki, 1987-ci ildə "Bizim ümumi gələcəyimiz" adlı Brundtland hesabatının yayılmasından başlayaraq, müxtəlif beynəlxalq və milli təşkilatlar davamlı inkişafın ölçülməsi və qiymətləndirilməsi üçün göstəricilər dəstini işləyib hazırlayırlar. Məqalədə bildirilir ki, davamlı inkişaf üçün milli strategiya hazırlanarkən ölkənin davamlı inkişafının enerji göstəriciləri də nəzərə alınmalıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: