Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fizika İnstitutunda NATO-nun “Sülh və təhlükəsizlik naminə elm” proqramı çərçivəsində telekonfrans keçirilib
26.02.2018 12:04
  • A-
  • A
  • A+

Fizika İnstitutunda NATO-nun “Sülh və təhlükəsizlik naminə elm” proqramı çərçivəsində telekonfrans keçirilib

AMEA-nın Fizika İnstitutunda NATO-nun “Sülh və təhlükəsizlik naminə elm” proqramı çərçivəsində “Partlayıcıları detektə etmək üçün pilotsuz portativ sensorlar” adlı 3 illik layihənin açılış telekonfransı keçirilib.

Telekonfransda layihənin NATO üzrə koordinatoru, italiyalı Klaudio Ferrari, İtaliya Milli Tədqiqatlar Şurasının Elektronika və Maqnetizm üçün Materiallar İnstitutunun (CNR-IMEM) və Prama Universitetinin tədqiqatçıları, partnyor ölkə Azərbaycan tərəfindən layihənin koordinatoru, Fizika İnstitutunun aparıcı elmi işçisi, dosent Nahidə Musayeva və layihənin nəticələrinin son istifadəçi təşkilatı - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin əməkdaşları iştirak ediblər.

Telekonfransda çıxış edən N.Musayeva layihədə nəzərdə tutulan plan işinin yerinə yetirilməsi metodlarından və iştirakçıların, xüsusilə də gənc mütəxəssislərin layihədəki öhdəliklərindən danışıb.

Klaudio Ferrari isə layihənin idarəçiliyi və qarşıda duran elmi-təşkilati işlərdən bəhs edib.

Daha sonra layihə üzrə tədqiqatlara start verilib və hər ay mütəmadi olaraq bu cür hesabat konfransının keçirilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: