Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildi çapdan çıxıb
28.02.2018 16:19
  • A-
  • A
  • A+

“Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildi çapdan çıxıb

AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun baş redaktorluğu ilə “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildi çapdan çıxıb.

İkicildliyin birinci – Fiziki coğrafiya cildində zəngin təbii şəraitə və ehtiyatlara malik olan muxtar respublika ərazisinin fiziki coğrafiyasının müxtəlif sahələrini əhatə edən ən son elmi tədqiqatların nəticələrinə dair məlumatlar yer alıb. Fundamental əsərdə Naxçıvan ərazisinin oroqrafiyası, geoloji quruluşu, geomorfologiyası, iqlimi, daxili suları, torpaq və bitki örtüyü, heyvanlar aləmi və landşaftları araşdırılıb, fiziki-coğrafi rayonlaşdırma vahidləri ayrılıb və geniş şərh edilib.

Naxçıvanın fiziki coğrafiyasına aid kompleks məsələləri hərtərəfli işıqlandıran bu monoqrafik əsər dövlət təşkilatlarının mütəxəssisləri, elmi işçilər, ali məktəblərin müəllim-professor heyəti, bakalavr, magistr, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın elmi redaktorları AMEA-nın müxbir üzvü Elbrus Əlizadə və Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevdir. Akademik Tarıyel Talıbov, AMEA-nın müxbir üzvləri Saleh MəhərrəmovTələt Kəngərli, coğrafiya üzrə elmlər doktorları Hüseyn Xəlilov və Rəna Qaşqay, coğrafiya üzrə fəlsəfə doktorları Məhərrəm Həsənov, N.Bababəyli, Sitarə Tarixazərİrina Kuçinskaya isə nəşrin redaksiya heyətinin üzvləridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: