Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

İctimai Elmlər Bölməsi üzrə doktorantura və dissertanturaya  qəbulun nəticələri müzakirə edilib
28.02.2018 16:02
  • A-
  • A
  • A+

İctimai Elmlər Bölməsi üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri müzakirə edilib

Fevralın 27-də AMEA Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin növbəti ümumi iclası keçirilib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin iştirakı ilə keçirilən iclasda bölməyə daxil olan elmi müəssisələrin 2017-2018-ci tədris ili üçün fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulunun nəticələri müzakirə olunub.

İclasda dissertasiya mövzuları ətrafında fikir mübadiləsi aparılıb. Mövzular seçilərkən müasir elmin qarşısında duran əsas tələb və vəzifələri nəzərə almaq, mühüm sosial-iqtisadi və mədəni-mənəvi əhəmiyyət kəsb edən mövzulara üstünlük vermək və digər bu kimi məsələləri diqqətdə saxlamağın vacibliyi vurğulanıb.

Bölmə müzakirələrdən sonra qəbulun nəticələrini təsdiq edərək mövzuların Rəyasət Heyətinə təqdim olunmasını qərara alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: