Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.04.2014 00:00
  • A-
  • A
  • A+

Avropa İttifaqının “Horizon-2020” tədqiqat və innovasiya proqramı çərçivəsində treninq keçirilib

Avropa İttifaqının “Horizon-2020” tədqiqat və innovasiya proqramı çərçivəsində treninq keçirilib

AMEA Avropa Komissiyasının tədqiqat və innovasiya üzrə proqramı “Horizon-2020” çərçivəsində treninq keçirilib. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq Əlaqələr İdarəsi və Regional İnnovativ Texnologiyalar Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə AR Xarici İşlər və Təhsil nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun nümayəndələri, həmçinin beynəlxalq ekspertlər iştirak ediblər.

Treninqdə “Horizon-2020” proqramı çərçivəsində Avropa Birliyi (AB), Şərqi Avropa və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsi, həmin təşkilatların İKT sahəsində birgə fəaliyyət imkanları müzakirə olunub. Bildirilib ki, AB nümayəndələri ilə həyata keçirilən bu cür görüşlər elm və biznes əlaqələri ilə yanaşı, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsində də böyük əhəmiyyətə malikdir.

İki gün davam edəcək treninq “Horizon-2020” proqramı müddətində nəzərdə tutulan 5 tədbirdən ikincisidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: