www.science.az
01.03.2018 14:13

Arılar üçün təbii tozcuqlu süni güllər yaradılıb

Avstraliyalı rəssam Maykl Kendi sarı rəngli dörd ləçəkdən ibarət süni güllər yaradıb. Raps (lat. Brassica napus) gülünün timsalında yaradılan süni güllər rəng baxımından təbii analoquna maksimum dərəcədə bənzəyir.

techno.bigmir.net saytının məlumatına görə, hər bir süni çiçəyin mərkəzində nektar təchizatı üçün borucuq, nektarın ətrafında isə tozcuq təchizatı üçün nəzərdə tutulmuş üç süni erkəkcik quraşdırılıb. Süni nektarın tərkibinə təbii nektarda olan konsentrasiyada su və şəkər daxildir. Tozcuğun süni analoqunu hazırlamaq isə mümkün olmayıb. Bunun üçün Maykl öz layihəsində arı pətəyindən yığılan təbii tozcuqlardan istifadə edib.

Təcrübə nəticəsində bu cür süni çiçəklərin gül sahələrinin bərpası üçün ehtiyat qismində istifadə, həmçinin arıların populyasiyasının yeni ərazilərə cəlb edilməsi baxımdan tam yararlı olduğu müəyyən edilib.