www.science.az
02.03.2018 10:57

Akademik Feyzulla Qasımzadənin anadan olmasının 120 illiyinə həsr olunan elmi konfrans keçiriləcək

Mart ayının 5-də saat 11:00-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas alim və pedaqoq, Əməkdar elm xadimi, akademik Feyzulla Qasımzadənin 120 illik yubileyinə həsr olunan elmi  konfrans keçiriləcək.

Tədbirdə akademik F.Qasımzadənin mənalı ömür yolundan, elmi-pedaqoji fəaliyyətindən, həmçinin Azərbaycan ədəbiyyatı tarixinin, xüsusilə də XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin araşdırılaraq elmi müstəviyə gətirilməsində və təbliğ olunmasında müstəsna xidmətlərindən bəhs olunacaq.

Ünvan: Ba­kı şəhəri, Hüseyn Cavid prospekti 115, Akademiya şəhərciyi, Əsas bina, IV mərtəbə

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.