Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Ankarada “Real zamanda seysmoloji məlumatların mübadiləsi”nə dair memorandum imzalanıb
05.03.2018 14:11
  • A-
  • A
  • A+

Ankarada “Real zamanda seysmoloji məlumatların mübadiləsi”nə dair memorandum imzalanıb

Türkiyə Respublikası Baş Nazirliyinin Fəlakət və Fövqəladə Halların İdarəetmə İdarəsinin təşkilatçılığı ilə Ankarada yaxın və qonşu ölkələrin seysmoloji mərkəzləri ilə birgə “Real zamanda seysmoloji məlumatların mübadiləsi” adlı sənədin imzalanma mərasimi keçirilib.

İmzalanma mərasimində Türkiyəyə qonşu olan altı ölkənin nümayəndələri iştirak ediblər. Tədbirdə ölkəmizi Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və həmin mərkəzin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rauf Muradov təmsil ediblər.

Mərasimdə, həmçinin Azərbaycanda aparılan seysmoloji tədqiqatlar və alınmış məlumatların emalına dair təqdimat nümayiş olunub. Müzakirələrin nəticəsi olaraq Türkiyə Respublikası Baş Nazirliyinin Fəlakət və Fövqəladə Halların İdarəetmə İdarəsi ilə RSXM arasında “Real zamanda seysmoloji məlumatların mübadiləsi”nə dair memorandum imzalanıb. Sənədi Türkiyənin Baş nazirinin müavini Rəcəb Akdağ və AMEA-nın müxbir üzvü Q.Yetirmişli imzalayıblar.

Memoranduma əsasən, seysmoloqlarımız türkiyəli həmkarları ilə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi həyata keçirəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: