Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

NATO-nun Brüsseldəki Baş qərargahının nümayəndələri AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində olublar
10.04.2014 00:00
  • A-
  • A
  • A+

NATO-nun Brüsseldəki Baş qərargahının nümayəndələri AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində olublar

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) ilə birgə həyata keçirilən layihələrin icra vəziyyəti ilə bağlı NATO nümayəndələri Bakıda səfərdədirlər. NATO-nun Brüsseldəki Baş qərargahının nümayəndələri - Eyyub Turmuş, Dəniz Detən, Françesko Mulargiya və İstanbul Boğaziçi Universiteti Kandilli Rəsədxanasının Zəlzələ Araşdırmaları İnstitutunun zəlzələ mühəndisi Gülüm Tanrıcan RSXM-də olublar.

Səfər çərçivəsində qonaqlar mərkəzin direktoru, geologiya-mineralogiya üzrə elmlər doktoru Qurban Yetirmişli ilə görüşüblər. Görüşdə RSXM-in NATO ilə birgə həyata keçirdiyi layihələrin icra vəziyyəti müzakirə edilib. Həmçinin tərəflərin birgə həyata keçirdiyi layihələrdən biri - “Cənubi Qafqaz, Şərqi Türkiyə enerji dəhlizinin seysmik təhlükə və riskinin hesablanması” layihəsinin uğurla icra edildiyi qeyd olunub.

Görüşdə birgə layihələrin həyata keçirilməsi və gələcəkdə də əməkdaşlığın davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Sonra NATO nümayəndələri RSXM-in Monitorinq Mərkəzində olubar. Qonaqlara mərkəzdə aparılan seysmoloji tədqiqatlar, eləcə həyata keçirilən layihələrə dair ətraflı məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: