Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

"Daxili su hövzələrinin problemlərinin öyrənilməsi: Xəzər dənizi hövzəsi timsalında" mövzusunda beynəlxalq konfrans keçiriləcək
12.03.2018 10:30
  • A-
  • A
  • A+

"Daxili su hövzələrinin problemlərinin öyrənilməsi: Xəzər dənizi hövzəsi timsalında" mövzusunda beynəlxalq konfrans keçiriləcək

12-14 may 2018-ci il tarixlərində Bakıda AMEA-nın Coğrafiya İnstitutu və İslam Ölkələrinin Okeanoqrafiya üzrə Beynəlxalq Elm və Texnologiya Şəbəkəsinin birgə təşkilatçılığı ilə "Daxili su hövzələrinin problemlərinin öyrənilməsi: Xəzər dənizi hövzəsi timsalında" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Sözügedən konfrans "İqlim dəyişmələrinin təsiri ilə Holosen dövründən indiyə kimi Xəzər dənizi səviyyə tərəddüdlərinin dinamikası: regionun ekologiyasına və iqtisadi-sosial vəziyyətinə təsiri" mövzusunda beynəlxalq layihənin başlanğıc mərhələsidir və Xəzər dənizi, Aral dənizi, Urmiya və Van göllərinin öyrənilməsində xüsusi önəm daşıyır.

Konfransın mövzuları:

- İqlim dəyişmələrinin səviyyə tərəddüdlərinə, bioresurslara, biomüxtəlifliyə, dənizin invaziv növlərinə təsiri, ekologiya və ərzaq şəbəkəsi: indiki zaman və gələcək;

- Hövzənin iqlim və hidrometeoroloji xüsusiyyətləri;

- Beynəlxalq əməkdaşlıq, sosial-iqtisadı inkişaf, sənaye və enerji, ərzaq, Xəzər dənizi regionunda su-ekosistemləri ilə əlaqə və balıqçılıq;

- Xəzər dənizi suyunun fiziki və kimyəvi xüsusiyyətləri;

- Geologiya, geomorfologiya və paleocoğrafiya.;

- Dəniz geofizikası, seysmologiya, seysmoloji təhlükənin qiymətləndirilməsi;

- Müasir iqlim trendlərinin tədqiqində məsafədən zondlama və CİS-in tətbiqi;

- Xəzər dənizi regionunun arxeologiyası və paleoarxeologiyası;

- Xəzər dənizi regionunun davamlı inkişafı, təhlükə və risklər;

- Çoxsaylı amillərin təsiri altında həssas Xəzər dənizi ekosisteminin dəyişməsi. 

Tədbirdə əyani iştirakın təsdiqi və məqalələrin qəbulu üçün son tarix 15 mart 2018-ci ildir (müraciətlərin artmasını nəzərə alaraq vaxt uzadılacaq). Məqalələrin tərtibi qaydaları ilə bağlı ətraflı məlumatı buradan əldə etmək olar.

Email: e_safarov@hotmail.commustafa.ergun@deu.edu.tr

Konfransdan seçilmiş məqalələrin reytinqli jurnallarda çapı nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: