Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Məktəblilərin fizika elminə marağı artır
15.03.2018 14:02
  • A-
  • A
  • A+

Məktəblilərin fizika elminə marağı artır

Bakı şəhəri, Binəqədi rayonu 246 saylı tam orta məktəbin şagirdləri fizika aylığı çərçivəsində AMEA-nın Fizika İnstitutunun qonağı olublar.

Elm və təhsilin inteqrasiyası çərçivəsində baş tutan görüşdə məqsəd məktəblilərdə elmə marağı artırmaq, onların bilik və bacarıq səviyyəsinin yüksəldilməsi olub.

Fizika İnstitutunun alimləri məktəblilərə elmi müəssisənin fəaliyyəti, İnnovasiya sektorunda quraşdırılan müasir avadanlıqlar, laboratoriyalarda yerinə yetirilən elmi-tədqiqat işləri haqqında, həmçinin fizika sahəsində əldə olunan ən son yeniliklər barədə məlumat veriblər.

Görüş ərzində geniş müzakirələr aparılıb və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: