Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Zoologiya İnstitutu bal arılarının cinslərini və xəstəliklərini tədqiq edəcək
16.03.2018 15:25
  • A-
  • A
  • A+

Zoologiya İnstitutu bal arılarının cinslərini və xəstəliklərini tədqiq edəcək

AMEA Zoologiya İnstitutunda respublika ərazisində yayılmış bal arısı cinsləri, onların zərərverici və xəstəliklərinin ətraflı tədqiqi planlaşdırılır.

Bu məqsədlə institutun Ağsu Təcrübə Dayaq Məntəqəsində yerləşdirilmiş arı ailələri müntəzəm olaraq mütəxəssislər tərəfindən nəzarətdə saxlanılır. İnstitutun Tətbiqi Zoologiya Mərkəzinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Barat Əhmədov bu günlərdə Dayaq Məntəqəsində olub, arıların qışlamadan çıxma vəziyyətini yoxlayıb, o cümlədən yaza hazırlıq işlərini həyata keçirib və lazımi profilaktik tədbirlər görüb.

Eyni zamanda arı ailələrində xəstəliklərin laboratoriya şəraitində müayinəsi üçün nümunələr götürülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: