Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elastiki örtüklərin rəqsləri” adlı monoqrafiya “Springer” nəşriyyatı tərəfindən çap olunub
19.03.2018 10:09
  • A-
  • A
  • A+

“Elastiki örtüklərin rəqsləri” adlı monoqrafiya “Springer” nəşriyyatı tərəfindən çap olunub

Bu günlərdə Azərbaycanda riyaziyyat və mexanika elminin inkişafında, onun beynəlxalq aləmdə tanınmasında böyük xidmətləri olan alim, Əməkdar elm xadimi, akademik Məhəmməd Mehdiyevin “Elastiki örtüklərin rəqsləri” adlı monoqrafiyası dünyanın nüfuzlu beynəlxalq “Springer” nəşriyyatı tərəfindən çap olunub.

Monoqrafiyada nano və meta materiallara dair yüksək texnoloji sahələr də daxil olmaqla, müasir texnologiyada meydana gələn mühəndislik qurğuları üçün müxtəlif təqribi dinamik modellərin təkmilləşdirilməsindən bəhs olunur.

Nəşrdə geniş tezlik diapazonunda vibrasiya spektrinin təsnifatı təklif olunur, nazik divarlı örtüklər üçün mövcud olan ikiölçülü nəzəriyyələrin tətbiq olunma oblastı müəyyən edilir.  Həmçinin örtük və lövhələr üçün zəruri olan sərhəd məsələləri nəzərdən keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: